Fransa Rusiyanın 200 milyonunu Ukraynaya verir

09.03.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Fransa dondurulmuş Rusiya aktivlərinə hesablanmış faizlərdən istifadə etməklə Ukraynaya 195 milyon avro dəyərində hərbi yardım edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornu “La Tribune” nəşrinə müsahibəsində deyib.

“Əlavə yardım 155 mm-lik mərmilərin, eləcə də Ukraynanın “Miraj-2000” təyyarələri üçün AASM bombalarının çatdırılmasına imkan verəcək”, - Lekornu bildirib.

O əlavə edib ki, Fransa köhnəlmiş texnikanın, o cümlədən tank və zirehli maşınların Ukraynaya təhvil verilməsini sürətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью