Fransa Rutte və Leyeni sammitə dəvət etmədi

17.04.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Fransa NATO-nun Baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Hörmüz boğazı ilə bağlı sammitə dəvət etməyib.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” üç rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, Fransa Böyük Britaniyanın Parisdə keçiriləcək görüşdə Rutte və Leyenin iştirak etməsi ilə bağlı təklifini rədd edib.

Qeyd edək ki, Fransa və Böyük Britaniya Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin olunmasını müzakirə etmək üçün beynəlxalq konfrans keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью