Fransa sahillərində miqrantların olduğu qayıq yanıb

04.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Fransadan Böyük Britaniya istiqamətində La-Manş boğazı ilə hərəkət edən miqrantların olduğu qayıqda yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə BBC Fransanın La-Manş və Şimal dənizi prefekturasının açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, yanğın bu gün səhər saatlarında qayıqdakı mühərrikin alışmasından sonra baş verib.

Xilasetmə əməliyyatı nəticəsində 157 nəfər təxliyə edilərək Bulon-sür-Mer limanına çatdırılıb.

İnsident nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью