Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Fransanın Ermənistandakı səfiri Olivye Dekottini Azərbaycanla sərhədddə yerləşən Xaçik kəndinə gəlib.
Globalinfo.az xəbər verir ki, səfir Avropa İttifaqının (Aİ) müşahidə missiyasının üzvləri ilə görüşüb.
Fransa nümayəndəsinə missiyanın fəaliyyəti ilə bağlı məlumat verilib.
“Fransanın Ermənistandakı səfirini qərargahda qəbul etmək bizim üçün böyük şərəfdir. O, hərəkətlərimizi yerində izləmək üçün Xaçik kənd patruluna qoşulub”, – missiyanın məlumatında qeyd edilir.
Əliyar Xəlil
Globalinfo.az