Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransanın Ermənistandakı səfiri Olivye Dekottini Azərbaycanla sərhədə gəlib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanla Azərbaycan sərhədindəki AB-nin müşahidə missiyası məlumat yayıb.
“Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etmək bizim üçün böyük şərəfdir”, - məlumatda deyilir.
Səfirə missiyanın işi barədə məlumat verilib: “O, bizim fəaliyyətimizə canlı nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə də qoşulub”.
Qeyd edək ki, Dekottini vaxtaşırı olaraq sərhədimizə baxış keçirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.