Fransa səfiri İran XİNə çağırıldı

13.01.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katimi İsmail Bəqai bildirib. O bildirib ki, İran "Fransa terroru dəstəklədiyinə görə" etiraz edib.

Baqayın sözlərinə görə, terrorçuları dəstəkləməkdən imtina etmək məcburi beynəlxalq hüquqi öhdəlikdir.

O, əlavə edib ki, “bununla bağlı ikili standartlar qanunsuzluğa səbəb olacaq”:

“Ümid edirik ki, Fransa bu çaşqınlıqdan xilas olacaq və regiona qarşı konstruktiv mövqe tutacaq. Biz son günlər tutduğumuz mövqelərə operativ reaksiya verdik”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью