Fransa səfirinin Ermənistanda fars hegemoniyasını dəstəkləməsi narazılığa səbəb olur The Y…
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın Ermənistandakı səfirinin diplomatik paylaşımları regiondakı gərginliklər fonunda "Paris"-"Tehran" əlaqələrinin güclənməsini nümayiş etdirir.
Turkustan.az-ın Qaynarinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin "The Yerusalem Post" qəzetində Yaxın Şərq üzrə tanınmış mütəxəssis və siyasi şərhçi Mordexay Keydarın məqaləsində deyilir.
Müəllif daha sonra yazır: "Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi (Olivier Decottignies) yaxınlarda İrəvandakı Göy Məscidlə bağlı sosial şəbəkədə iki paylaşım edib.
O, paylaşımında yazıb: "İrəvanın Göy Məscidinin bağlarında, Ermənistanın fars irsinin rəmzi.” İkinci paylaşımı isə daha çox narazılığa səbəb olub.
Diplomat İranın xəritəsini təsvir edən bir şəkil paylaşaraq, Qərbi Azərbaycan əyalətini qırmızı ilə işarələyib və qeyd edib: "31 əyalətdən biri olan İranın Qərbi Azərbaycan vilayəti, mərkəzi və ən böyük şəhəri Urmiyadır.” Bu paylaşımlar azərbaycanlılar arasında narazılığa səbəb olub.
Çünki İrəvandakı Göy Məscid azərbaycanlılar tərəfindən inşa edilib.
Onu "fars” olaraq təqdim etmək Fransanın regionda fars müstəmləkəçiliyini dəstəklədiyini göstərir.
Tam oxu
Xəbəri oxu