Fransa səfirliyinin əməkdaşı Ermənistanda qəzaya düşdü KONKRET

24.11.2024

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistandakı Fransa səfirliyinin əməkdaşı Araqatsotn rayonunda avtomobil qəzasına düşüb.

KONKRET.az  xəbər verir ki, bu barədə “Sputnik” yazıb.

Mənbə qeyd edir ki, hadisə noyabrın 24-də İrəvan-Vanadzor yolunda, Artavan kəndi yaxınlığında baş verib.

“Volkswagen Tiguan”, “Lexus” və “Qazel” markalı avtomobillər toqquşub.

Nəticədə hadisənin bir iştirakçısı tibb məntəqəsinə yerləşdirilib.

Məlumata görə, “Volkswagen Tiguan” Fransanın Ermənistandakı səfirliyində qeydiyyatdadır. Diplomatik nümayəndəliyin əməkdaşı xəstəxanaya çatdırılıb.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью