Fransa Senatı təsdiqlədi: Polisin silahdan istifadəsi...

21.11.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa Senatı polis və jandarma əməkdaşlarının odlu silah tətbiqinin qanuniliyi prezumpsiyasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, sənəd 205 lehinə, 110 əleyhinə səslə qəbul edilib. Qanun layihəsi daha əvvəl parlamentin aşağı palatası tərəfindən də təsdiqlənib.

Sənədə əsasən, polis və jandarma əməkdaşları odlu silahdan istifadə etdikdə, əksi sübut olunana qədər qanun çərçivəsində hərəkət etmiş hesab ediləcəklər.

Qeyd edək ki, qanunun qəbulu ölkədə polis və nümayişçilər arasında toqquşmaların baş verdiyi etirazlar fonunda baş tutub. Bu gün qanuna qarşı yeni aksiyaların keçirilməsi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью