Fransa Seneqaldakı sonuncu hərbi bazasını təhvil verəcək

16.07.2025

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, bu barədə Fransanın Dakardakı səfiri Kristin Faş məlumat verib.
O bildirib ki, bu addım Fransa və Seneqal arasında əməkdaşlığın yeni mərhələyə keçməsi ilə bağlıdır. “Fransa artıq bir neçə hərbi məntəqəni, eləcə də, Rufiskdəki rabitə stansiyasını və Dakar limanındakı hərbi məhəllələri Seneqala qaytarıb. Bu obyektlər uzun illər Fransa ordusu tərəfindən istifadə olunub”, - deyə Kristin Faş diqqətə çatdırıb.
Səfirin sözlərinə görə, müvafiq qərar 2022-ci ildən Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülmüş yeni Afrika siyasətinə əsaslanır. Fransa ilə Seneqal arasında hərbi əməkdaşlığın yeni mərhələsində əsas diqqət orduların bir-birinə uyğunlaşdırılmasına və təlimlərə yönəldiləcək.
Kristin Faş, həmçinin qeyd edib ki, iki ölkə arasında hərbi əməkdaşlığın bütün istiqamətləri təhlil ediləcək və müvafiq qərarlar qəbul olunacaq.
Məlumata görə, Fransanın təhvil verəcəyi hərbi baza Seneqalın Vakam bölgəsində yerləşir.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью