Fransa sığınacaq müraciətlərin sayına görə Almaniyanı qabaqladı

06.04.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Almaniya uzun illərdən sonra ilk dəfə sığınacaqla bağlı müraciətlərin sayına görə Avropa İttifaqı ölkələri siyahısında liderliyini itirib.

Bu barədə "Welt am Sonntag” nəşri məlumat yayıb.

Hesabata əsasən, 2025-ci ilin birinci rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə Almaniyaya sığınacaq almaq üçün müraciətlərin sayı kəskin azalıb.

Avropa İttifaqında bu sahədə Fransa birinci  (40 871), İspaniya (39 318) ikinci yerdə qərarlaşıb. Almaniya (37 387) isə artıq üçüncü yerdədir. 

Ən az müraciət Macarıstan (22 müraciət) və Slovakiyada (37 müraciət) qeydə alınıb.

Ən çox sığınacaq axtaranlar Venesuela, Əfqanıstan və Suriya vətəndaşlarıdır.

Fransada sığınacaq alınması üçün ən çox müraciət edən ukraynalılardır. 

///Qafqazindo

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью