Fransa şirkəti konteyner gəmisinin Hörmüz boğazından keçdiyini bildirib

28.06.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransanın CMA CGM şirkəti bu səhər "Galapagos" konteyner gəmisinin Hörmüz boğazından uğurla keçdiyini açıqlayıb.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilir.

"Bu keçid mürəkkəb olaraq qalan və daim ayıq-sayıqlıq tələb edən regional kontekstdə mühüm mərhələdir", - gəmiçilik şirkəti qeyd edib.

Şirkət gəminin boğazdan çıxmasının səbəbləri barədə əlavə şərhdən imtina edib, lakin ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından bəri Fars körfəzində 10 gəmisinin qaldığını dəqiqləşdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью