Fransa şirkəti Nigeri beynəlxalq məhkəməyə verir AZƏRTAC

26.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 26 dekabr, AZƏRTAC

Niger hökuməti Orano şirkətinin uran hasilatına dair lisenziyasının ləğv etdikdən sonra Fransa ilə münasibətlər daha da pisləşib. Baş ofisi Parisdə yerləşən şirkət indi məsələni beynəlxalq arbirtaj yolu ilə həll etmək istəyir.

AZƏRTAC xəbər verir ki, şirkət ötən həftə özünün Nigerdəki törəmə müəssisəsi “Somair”ə də nəzarəti itirib. Bununla belə, Nigerdə uran hasilatı davam edir. Artıq anbarlarda 1 150 ton uran ehtiyatı toplanıb ki, bunun da bazar dəyəri 300 milyon dollardır.

Ölkənin Beninlə sərhədi bağlı olduğu üçün hasil olunmuş filiz xaricə daşına bilmir. Rəsmi Niamey ölkədə mədən sənayesini təkmilləşdirmək üçün yeni partnyorlar axtarışındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью