Fransa siyasətində “ifrat solçu” gərginliyi yaranıb

17.02.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Paris, 17 fevral, AZƏRTAC

Fransada solçu siyasi hərəkat “Əyilməz Fransa” (LFI) Daxili İşlər Nazirliyi tərəfindən “ifrat solçu” blokuna daxil edilməsi qərarına qarşı Dövlət Şurasına müraciət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Assambleyada LFI fraksiyasının sədri Matild Pano məlumat verib.

M. Panot LCP televiziya kanalında keçirilən debatda və X sosial şəbəkəsindəki hesabında bildirib ki, müraciət konkret olaraq daxili işlər naziri Loran Nuñezin LFI-ni “ifrat solçu” kimi təsnif etməsi qərarına yönəlib. Onun sözlərinə görə, əvvəlki seçkilərdə hərəkat “solçu” bloku çərçivəsində göstərilirdi.

Müraciət Fransa prezidenti Emmanuel Makronun bu yeni inzibati təsnifatı dəstəklədiyini açıqlamasından sonra edilib. Dövlət başçısı “Radio J” radiosuna müsahibəsində “La France insoumise ifrat solçudur” deyərək, hərəkatın bəzi mövqelərinin Respublikanın dəyərlərinə zidd olduğunu bildirib. O, xüsusilə antisemitizm məsələsində LFI-nin mövqelərini tənqid edib.

“Fransızlar parlamentə nümayəndələr seçirlərsə, onları institutlardan kənarlaşdırmaq olmaz. Lakin bəzi mövqelərində, xüsusilə antisemitizm məsələsində, onlar Respublikanın əsas prinsiplərinə zidd hərəkət edirlər”, – deyə Emmanuel Makron qeyd edib.

Bu ittihamlar LFI rəhbərliyi tərəfindən qəti şəkildə rədd edilib. Partiyanın koordinatoru Manuel Bompar bildirib ki, Respublika prezidentinin siyasi rəqiblərini təsnif etmək səlahiyyəti yoxdur. O, həmçinin vurğulayıb ki, LFI üzvlərindən heç biri antisemitizmə görə məhkum olunmayıb.

Məsələ siyasi arenada mübahisələri daha da dərinləşdirib və qərarın hüquqi taleyi indi Dövlət Şurasının qərarından asılı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью