Fransa Suriya ilə əlaqələri bərpa

15.12.2024

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Xarici İşlər Nazirliyi 17 dekabr tarixində 12 ildən sonra ilk dəfə olaraq Suriyanın paytaxtı Dəməşqə diplomatik missiya ggöndərəcək. Bu barədə Fransa xarici işlər naziri vəzifəsini icra edən Jan-Noel Barro "France Inter" telekanalına müsahibəsində məlumat verib.
Barro qeyd edib ki, Suriyaya göndərilən dörd diplomatın əsas vəzifəsi Parisin Suriya üzərindəki təsir gücünü bərpa etmək, yeni hakimiyyətlə ilkin əlaqələr qurmaq və humanitar vəziyyətlə bağlı əhalinin təxirəsalınmaz ehtiyaclarını müəyyən etmək olacaq.
Xatırladaq ki, Suriyanın sabiq prezidenti Bəşər Əsədin ölkədən qaçmasından sonra Fransa Prezidenti Emmanuel Makron bu rejimin süqutunu alqışlayıb. O, sosial şəbəkədə paylaşım edərək, “Nəhayət, barbar rejim süqut etdi,” – sözlərini yazıb.
Məhəmmədəli Həsənli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью