Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Fransa tarix boyu öz yerləşdiyi coğrafiyadan min kilometrlərlə uzaqda yerləşən regionlara nüfuz etməyi vərdiş edib" - DEPUTAT "Fransanın müvafiq şirkətləri ilə Ermənistan rəhbərliyi arasında snayper tüfənglərinin alınmasına dair saziş imzalanıb.Fransa naziri 2024-cü il ərzində erməni hərbçilərinə dağ-döyüş hazırlığı kurslarının (3 sayda) təşkil edildiyini elan edib".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, Fransa naziri Ermənistana səfəri zamanı təlim məşğələlərini izləyib: "Hətta Fransa və Ermənistan nazirlərin 2023 və 2024-cü il görüşlərində Müdafiə islahatları kontekstində, hərbi məsələlər üzrə fransalı müşavirin Ermənistan Müdafiə nazirliyinə 2024-cü ildə ezam olunduğunu bildirilib.
17 iyun 2024-cü ildə Ermənistan müdafiə nazirinin Fransaya səfəri zamanı hərbi sahədə yeni müqavilələr imzalanıb.
Bu silah və sursat, həmçinin xeyli sayda tank əleyhinə sistemlərin bir hissəsi artıq Ermənistana çatdırılıb.
Bu kimi daha onlarla fakt mövcuddur və Fransanın Ermənistana 2023-cü il illik hərbi yardımı milyon dollarla ölçülürdü.
Bu silahlanmanın məqsədi Ermənistan rəhbərliyini və xalqını revanşizm ideyaları ilə bəsləmək, Cənubi Qafqazda sabitliyi pozmaq, bitmiş münaqişəni alovlandırmaqdan ibarətdir".