Fransa tarixinin ən isti yayını yola saldı

03.09.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


İsti hava dalğaları, quraqlıq və kütləvi meşə yanğınları ilə yadda qalan 2026-cı ilin yayı Fransa tarixinin rekord ən isti yayı olub.
Yeniavaz.com
“Le Figaro” qəzetinə istinadla xəbər verir ki, bu barədə Fransanın ekoloji keçid naziri Monik Barbyu bildirib.
Onun sözlərinə görə, Fransanın iyul ayından bəri yaşadığı isti dalğası ardıcıl 23 gün davam edib və Fransa tarixində ən uzun müddətlərdən birinə çevrilib.
Fransada bu il həmçinin 50 gündən çox həddindən artıq isti qeydə alınıb. Bu rəqəm isə 2022 (33 gün) və 2003-cü illərin (22 gün) ümumi sayından çoxdur.
Hökumətin ilkin hesablamalarına görə, isti yay Fransa iqtisadiyyatına təxminən 10-15 milyard avroya başa gəlib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью