Fransa Trampın tələbini rədd etdi

16.03.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Fransa ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açılmasını asanlaşdırmaq üçün hərbi gəmilər göndərmək tələbini rədd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Paris yalnız ABŞ, İran və qonşuları arasında hərbi əməliyyatlar tamamilə dayandırıldıqdan sonra gəmilər göndərməyə hazırdır.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və Yaxın Şərqdəki vəziyyətdən təsirlənən digər ölkələri Hörmüz boğazına hərbi gəmilər göndərməyə çağırıb.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью