Fransa üçün kabus kimi hissə: 45 illik antirekord

19.07.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya çempionatının üçüncülük matçında Fransa və İngiltərə üz-üzə gəlir.

Apasport.az xəbər verir ki, görüşün ilk hissəsi İngiltərənin 4:0 hesablı üstünlüyü ilə başa çatıb. 

Bu nəticədən sonra Fransa yığması üçün 45 illik antirekord yenilənib. 

Belə ki, Fransa milli komandası rəsmi oyunların ilk hissəsində 4 qolu sonuncu dəfə 45 il əvvəl buraxıb. 

Sözügedən tarixi qarşılaşma 1981-ci ildə Fransa ilə Şərqi Almaniya arasında keçirilən yoldaşlıq görüşü olub.

Həmin matçın ilk hissəsi Şərqi Almaniyanın 4:0 xeyrinə qeydə alınıb. Görüşün ikinci hissəsində isə qol vurulmayıb.

İspaniya seriyasını 35 oyuna çatdırdı - DÇ-da yenə "quru oyun" Meksika Aztekada ilk dəfə uduzdu - 56 illik rekord qırıldı Braziliyanın Norveç lənəti: 91 ölkə arasında tək istisna Braziliya üçün qara gecə: 36 il sonra ilk Gimarayeşdən uğursuz rekord - 40 illik həsrət bitdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью