Fransa Ukrayna üçün Britaniyanın “Storm Shadow” raketlərinin alınmasına qarşı çıxıb

27.01.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa Ukrayna Silahlı Qüvvələri üçün Böyük Britaniyadan uzaqmənzilli “Storm Shadow” raketlərinin 90 milyard avroluq yardım paketi çərçivəsində alınmasına qarşı çıxıb.

APA xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
Nəşr yazır ki, sözügedən yardım paketi çərçivəsində Kiyev üçün silah alışında Avropa İttifaqına üzv ölkələrin şirkətlərinə üstünlük verilməlidir.

Məlumata görə, Baltikyanı və Skandinaviya ölkələri, eləcə də Polşa, Rumıniya, Çexiya və Niderlanddan ibarət onlarla Avropa dövlətini birləşdirən koalisiya Ukrayna üçün bu “hərbi kredit” üzrə qaydaların sadələşdirilməsini dəstəkləyib.
Bu, Kiyevə Böyük Britaniyadan silah almağa imkan verə bilərdi. Lakin Paris Aİ şirkətlərinə prioritet verilməsini təklif edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью