Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

03.02.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa Kritik İnfrastrukturun Dəstəklənməsi Fondu çərçivəsində Ukraynada həyata keçiriləcək layihələrə dəstək məqsədilə əlavə olaraq 70 milyon avro ayıracaq. 
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna–Fransa iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının yekunlarına əsasən Ukraynanın iqtisadiyyat naziri Sobolev məlumat verib.
 

Onun sözlərinə görə, Parislə Kiyev arasında kritik infrastrukturun dəstəklənməsinə dair ilk qrant sazişi çərçivəsində tərəfdaşlar müxtəlif sahələrdə seçilmiş 19 layihənin maliyyələşdirilməsi üçün 200 milyon avro təqdim ediblər.


Yeni mərhələdə isə layihə əlavə 70 milyon avro vəsait ayıracaq və bu vəsaitin 2026-cı ilin ortalarında daxil olması gözlənilir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью