Fransa Uşaq Avroviziyasına ev sahibliyi etməyəcək Səbəb

20.12.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransanın milli ictimai yayım şirkəti olan “France Televisions” maliyyə çətinlikləri səbəbindən 2026-cı ildə keçiriləcək Uşaq Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməyəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, müsabiqənin bir neçə gün öncə Tbilisidə baş tutan son yarışmasında Fransa təmsilçisi Lu Deleuze qalib gəlib.

Lakin maliyyə problemləri səbəbilə Fransanın bu müsabiqəyə ev sahibliyi edə bilməyəcəyi açıqlanıb.

Məlumata görə, “France Televisions”un direktorlar şurası 2026-cı il üçün təxminən 140 milyon avro qənaəti nəzərdə tutan büdcəni təsdiqləyib. Bu sərt büdcə məhdudiyyətləri qarşısında televiziya şirkəti Uşaq Avroviziya Mahnı Müsabiqəsinin təşkili də daxil olmaqla əlavə bahalı layihələrdən imtina etmək qərarına gəlib.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью