Fransa və Belçika Aİ nın əleyhinə çıxır

04.06.2025

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa və Belçika hakimiyyəti, Avropa İttifaqının Rusiyadan təbii və sıxılmış qaz idxalına qadağa qoyması planları ilə razılaşmadıqlarını bəyan ediblər.

 Bu barədə Politico qəzeti ilə söhbətlərində, Fransa və Belçikanın hökumət nümayəndələri bəyan ediblər. Qəzetin məlumatına görə, İspaniya və Niderland Brüsselin planını dəstədəkləyirlər.

 Politico qeyd edir ki, Avropa İttifaqının təklifinin qəbul edilməsi üçün, bütün üzv dövlətlərin razılığı olmalıdır. Bir çox avropa dövlətləri Aİ-nin təklifini bəyənsələr də,  güman edilir ki, Macarıstan və Slovakiya da, qadağa qoyulmasının əleyhinə olacaqlar. 

  Rüstəm Hacıyev
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью