Fransa və Böyük Britaniya Ukraynada hərbi kontingent yerləşdirilməsi ilə bağlı təcili görüş keçirəcək

28.03.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa və Böyük Britaniya rəsmilərinin iştirakı ilə ölkəsində hərbi kontingent yerləşdirilməsi mövzusunda təcili görüşün anonsunu verib.

APA Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, toplantının qapalı təşkil olunacağını deyib.

Danışıqlarda rəsmi Kiyev də təmsil olunacaq.

Artıq hər iki ölkənin müzakirələrdə iştirakını təsdiqlədiyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью