Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. Fransa ilə Əlcəzair arasında diplomatik münasibətlərdə yeni bir böhran yaşanır.
Fransa daxili işlər naziri Brüno Rötayo Əlcəzairi Tuluza şəhərindəki konsulluğu vasitəsilə qanunsuz miqrantlara yüzlərlə pasport verməkdə ittiham edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazir bu addımı Fransanın suverenliyinə açıq hücum kimi dəyərləndirərək, bu pasportların artıq rəsmi şəkildə tanınmayacağını bəyan edib.
B. Rötayo açıqlamasında yalnız pasport məsələsilə kifayətlənməyib.
O, həmçinin bu hadisədə əlaqəsi olan Əlcəzair rəsmilərinə qarşı sanksiyaların tətbiq olunacağını bildirib.
Həmçinin Afrika ölkəsini Avropa İttifaqı ilə aparılan ticarət danışıqlarını dayandırmaqla hədələyib, Əlcəzairin bu danışıqlardan birtərəfli şəkildə faydalanmaq istədiyini iddia edib.
Nazirin fikrincə, bu cür davranışlar Əlcəzairin Fransaya qarşı qaralama kampaniyasının bir hissəsidir.
O, keçmişdə Əlcəzairə qarşı tətbiq olunan yaxşı niyyət siyasətini uğursuzluq adlandıraraq, Fransa maraqlarını daha qətiyyətlə müdafiə edəcək yeni bir strategiya tələb olunduğunu vurğulayıb.