Fransa və Əlcəzair arasında gərginlik: Diplomatlar qovulur

16.04.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Fransa cavab tədbirləri qismində Əlcəzairin Parisdəki səfirliyində işləyən 12 diplomatı ölkədən çıxarır.

Bu barədə Oxu.Az Yelisey sarayının yaydığı bəyanata istinadla xəbər verir.

Bundan başqa, Fransa Prezidenti Emmanuel Makron ölkənin Əlcəzairdəki səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Daha əvvəl Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına ölkəni tərk etməkdən ötrü 48 saat vermişdi.

İki ölkə arasında münasibətlər keçən həftə Paris prokurorluğunun üç Əlcəzair vətəndaşına qarşı ağır cinayətlərdə ittiham irəli sürməsi ilə gərginləşib. Onlardan biri Əlcəzairin Fransadakı konsulluğunda işləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью