Fransa və İngiltərə müharibədə bir aylıq atəşkəs təklif edir

03.03.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Böyük Britaniyada baş tutan Avropa liderlərinin sammitinin bütün iştirakçıları Ukraynada müharibənin davamlı sona çatmasına nail olmağa çalışırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron "X" mikrobloqunda görüşdən foto dərc edərək yazıb.

“Londonda danışıqlar masası arxasında hamımız Ukraynada güclü və davamlı sülhün bərqərar olması, eləcə də kollektiv təhlükəsizliyimizi təmin etmək üçün addımlar atmaqda qərarlıyıq”, - deyə qeyd edib.

“Le Figaro” qəzetinə müsahibəsində Fransa lideri bildirib ki, Paris və London Ukraynada “havada, dənizdə və enerjidə” tətbiq olunacaq bir aylıq atəşkəs rejimi tətbiq etməyi təklif edirlər.

Məlum olduğu kimi, martın 2-də Londonda Avropa liderlərinin Ukraynadakı vəziyyəti və Avropanın təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün sammiti keçirilib. Burada Avropa dövlətlərinin liderləri, Şimali Atlantika Alyansının baş katibi və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna ilə bağlı istənilən sülh sazişinin həyata keçirilməsini təmin etmək üçün “istəklilərin koalisiyasını” qurmaq istədiyini bildirib.

İştirakçılar Ukraynaya dəstəyi davam etdirmək və Rusiya Federasiyasına iqtisadi təzyiqi artırmaq barədə razılığa gəliblər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью