Fransa və Meksika da 1/8 finalda

01.07.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə dünya çempionatında dünən gecə və bu gün səhər keçirilən oyunlardan sonra 1/8 finala vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib. Bunlar Fransa və Meksikadı. Fransa İsveç, Meksika Ekvador üzərində inamlı qələbə qazanıb.
Fransa – İsveç 3:0
Kilian Mbappe, 45; 74. Bredli Barkolya, 53.
Meksika – Ekvador 2:0
Xulian Kinyones, 22. Raul Ximenes, 31.
Fransa 1/8 finalda Paraqvay, Meksika isə İngiltərə - Konqo DR oyununun qalibi ilə qarşılaşacaq.
DÇ-də bu gün daha iki 1/16 final oyunu keçiriləcək:
20.00. İngiltərə - Konqo DR
00.00. Belçika - Seneqal

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью