Fransa və müttəfiqləri nəhəng təlimlərə başlayır

08.02.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa və müttəfiqləri 12 mindən çox hərbçinin iştirakı ilə ORİON 2026 hərbi təliminin aktiv mərhələsinə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Parisien” məlumat yayıb.

“Üçdə biri müttəfiq ölkələrdən olan 12 mindən çox əsgər 2026-cı il fevralın 8-dən aprelin 30-dək tədricən Fransaya yerləşdiriləcək. Təlimlərə şəxsi heyətlə yanaşı, 140 təyyarə və helikopter, 1200 PUA, zirehli transportyorlar və tanklar da daxil olmaqla 2150 texnika, eləcə də "Şarl de Qoll" təyyarədaşıyan gəmisi də cəlb olunacaq”, - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью