Fransa və Rusiyanın “parçala və hökm sür” siyasəti: Postkolonializm davam etdirilir | Icma…
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz.
Bu fikirləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində səsləndirib.
Azərbaycan Prezidenti deyib ki, bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır.
Politoloq Sultan Zahidov “Sherg.az”a bildirib ki, prezidentin diqqətə çatdırmaq istədiyi məsələ hazırda uzun əsirlər boyunca dünyanı cənginə alan imperializm, kolonializm və dövlətlərin daxili işlərinə qarışmaq siyasətinin davam etdiyini göstərməkdən ibarətdir:“Bu gün özlərini demokratiyanın, insan haqlarının, sabitliyinin carçısı kimi qələmə verən dövlətlər mövcuddur.
Həmin dövlətlər tərəfindən qeyri-adekvat siyasətin, postkolonializmin davam etdirilməsinin şahidi oluruq.
Fransanın Afrika, Yaxın Şərq, Qafqazdakı mövqeyi, Rusiyanın isə Müstəqil Dövlətlər Birliyinə yönəlik siyasəti “parçala və hökm sür” ritorikasına əsaslanır.
Eyni zamanda digər böyük güclərin də dedikləri və əməlləri arasında kəskin fərqlərin olduğunu görürük.
Tam oxu
Xəbəri oxu