Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Reyting.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.Təqsirləndirilən Martin Ryan deyib ki, onun məqsədi iş adamı olaraq ölkəsinin Azərbaycandakı səfirliyi ilə əlaqə yaratmaq olub:"Mən bir Fransa vətəndaşı kimi ölkəmin Azərbaycandakı səfirliyi ilə əlaqə yaratmağı vacib bilirdim.
Bu məqsədlə səfirliyin əməkdaşları ilə şəxsi münasibət qurmuşdum. Mən Frederik Devosla söhbət zamanı onun potensial casus olduğunu anladım.
Onlarla tez-tez görüşmürdüm. Məqsədim agent kimi işə cəlb edilmək deyildi, sadəcə ölkəmin buradakı nümayəndəliyi ilə əlaqə qurmağa çalışırdı
Onlarla pul müqabilində tanışlıq yaratmamışdım. Fransa səfirliyi ilə olan əlaqəmi Azərbaycandakı qurumlara bildirsəydim, ölkəm bunu xəyanət
Həmçinin onların agent olması barədə əlimdə kifayət qədər sübut yox idi.
Düşünürəm ki, onların bizə olan davranışları barədə gərək öz Xarici İşlər Nazirliyimizə məlumat verərdim".Martin Ryanın sözlərinə görə, səfirlik əməkdaşları ilə Azərbaycan və Ermənistan arasında olan 44 günlük müharibə zamanı daha sıx görüşüblər."Mənim onlarla görüşməyimin hər hansı bir təhlükə yaradacağı barədə soruşmuşdum.
Onları xüsusi xidmət orqanlarının əməkdaşı kimi yox, Fransadan Azərbaycana akkreditasiya olunmuş diplomatlar kimi görürdüm.