Fransa Xarici İşlər Nazirliyinə məlumat verməli idim Casusluqda ittiham olunan Martin Ryan…
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan öz vəkilinin suallarını cavablandırıb.
Müdafiəçinin “Özünü Fransa səfirliyinin əməkdaşı kimi təqdim edən şəxslərlə əlaqə qurmaqda məqsədin nə idi” sualına Martin Ryan bildirib ki, onlarla əlaqənin olmasının müsbət tərəfləri olub: “Mən iş adamıyam.
İşimə görə, səfirliklə əlaqəm olmalı idi. Bunu müsbət hal kimi bilmişəm. Bunun sayəsində geniş əlaqələr qurmuşam”.
Vəkilin “Həmin şəxslərin xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu necə bildin” sualına cavabında təqsirləndirilən şəxs deyib ki, Frederik Devosla danışanda bunu hiss edib: “Onun xüsusi xidmət orqanlarının əməkdaşı olması verdiyi suallardan bəlli idi.
Ondan sonra mənimlə danışan şəxslərə də bu aydın idi. Həmçinin Azadla əlaqədə olan şəxsin də maraqlandığı, verdiyi suallardan bu bilinirdi.
Bu, istintaq materiallarında da əks olunub”. Müdafiə tərəfinin “Onların xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu bildikdən sonra niyə mü
Tam oxu
Xəbəri oxu