Fransa XİN: Avropa Ukraynaya göndəriləcək hərbçilərin sayını müzakirə etmir

08.03.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa yalnız Ukraynaya qoşun yeritmək imkanını müzakirə edir, onların sayını deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın "Public.News" nəşrinə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemon bildirib.

“Avropadakı rəsmilər sülh sazişinin imzalanmasından sonra Avropa qüvvələrinin mümkün yerləşdirilməsi məsələsini müzakirə edirlər. Hazırda Avropa ölkələri Ukraynaya göndərə biləcəkləri hərbçilərin sayını deyil, yalnız onların göndərilməsinin mümkünlüyünü müzakirə edirlər”, - deyə nəşr Lemonddan sitat gətirib.

Onun sözlərinə görə, Avropa hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsi mümkün variantlardan yalnız biridir.

Amerika administrasiyası Kiyevə açıq şəkildə bildirdi ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verməyəcək. Polşanın baş naziri Donald Tusk daha əvvəl bəyan etmişdi ki, Kiyev çətin ki, ABŞ-dan təhlükəsizlik zəmanəti alsın. Bundan əlavə, London sammitindən sonra Tusk vurğulayıb ki, Ukrayna üçün təhlükəsizlik təminatları müzakirə olunmayıb və Polşa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin həyata keçirilməsi baxımından “cəbhə xəttinə çıxmaq niyyətində deyil”.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью