Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransa xarici işlər naziri Jan-Noel Barro 9 may tarixində Kiyevə səfər edəcəyini bəyan edib.
APA xəbər verir ki, bu barədə o, "LCI" telekanalının efirində çıxışı zamanı bildirib:
“Mən mütləq orada olacağam”, – deyə Barro vurğulayıb.
Bundan əvvəl Politico nəşri yazmışdı ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinə 9 mayda Moskvadakı Qələbə Paradına “alternativ olaraq” Kiyevə gəlməyi təklif edib.