Fransa XİN dən İranla bağlı açıqlama: Münaqişə qaçılmazdır

03.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Fransa İranın nüvə proqramı ilə bağlı sazişin bağlanmasına nail olmağa ümid edir. Bu baş verməzsə, regionda hərbi münaqişə praktiki olaraq qaçılmazdır".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkənin Milli Assambleyasının (parlamentin aşağı palatası) Beynəlxalq Əlaqələr Komitəsinin iclasında bildirib.

"Bizim prioritet vəzifəmiz İranın nüvə proqramına uzunmüddətli məhdudiyyətlər qoyan sazişə nail olmaqdır. İmkanlar pəncərəsi daralır: On il əvvəl əldə edilmiş sazişin müddətinin bitməsinə cəmi bir neçə ay qalıb. Əgər danışıqlar uğursuz olarsa, hərbi konfrontasiya demək olar ki, qaçılmaz görünür və bu, regionda sabitliyinin pozulması bahasına başa gələcək", - deyə Barro vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью