Fransa XİN: İran və Avropa üçlüyü arasında məsləhətləşmələr baş tutmayacaq

01.05.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran ilə “Avropa üçlüyü”nə (Almaniya, Böyük Britaniya və Fransa) daxil olan ölkələr arasında 2 mayda keçirilməsi planlaşdırılan texniki məsləhətləşmələr ləğv edilib.
APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "AFP"yə müsahibəsində bildirib.

“ABŞ və İran arasında yüksək səviyyəli görüşdən öncə texniki görüş planlaşdırılmışdı. Lakin həmin danışıqlar baş tutmayacağı üçün texniki məsləhətləşmənin də bu mərhələdə aktuallığı qalmayıb”, – deyə nazir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью