Fransa XİN: Ukraynaya maliyyə yardımının yeganə mənbəyi Avropadır

02.02.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda Ukraynaya maliyyə yardımı göstərən yeganə mənbə Avropadır.
APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosda keçirilən Dünya İqtisadi Forumunda Avropanın Kiyevə dəstəyinin yetərsiz olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən bunu deyib.

“Bu gün Ukraynaya göstərilən maliyyə yardımının 100 faizi Avropadan gəlir. Kəşfiyyat və hərbi dəstəyin əsas hissəsi də Avropa tərəfindən təmin olunur,” – deyə Barro "Liberation" qəzetinə müsahibəsində bildirib.

Qeyd edək ki, Zelenski yanvarın 22-də Davosdakı çıxışında Avropa İttifaqını siyasi qərarlarda tərəddüd göstərməkdə tənqid etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью