Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın Afrika ölkələrindəki hərbi varlığı son illərdə azalsa da, Çad hökuməti dünən Paris hökuməti ilə təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu qərarın qeyd edildiyi və Çadla dialoqun davam etdirilməsinin planlaşdırıldığı bildirilib.
Bəyanatda qeyd olunub ki, Fransa iki ildir Afrikadakı hərbi potensialını yenidən qurmaq üçün tərəfdaşları ilə dialoq və məsləhətləşmələr aparır: “Bu kontekstdə Çad hakimiyyəti ilə sıx dialoq davam edir.
Çad hakimiyyəti noyabrın 29-da Çad Xarici İşlər Nazirliyinin bəyanatında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıqda dəyişiklik görmək istədiklərini bildirib”, - deyə bəyanatda qeyd edilib.
Çad Xarici İşlər Nazirliyi tərəfindən dünən edilən yazılı açıqlamada: “Çad Respublikası Hökuməti Fransa Respublikası ilə imzalanmış və 5 sentyabr 2019-cu il tarixində düzəliş edilmiş müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə milli və beynəlxalq ictimaiyyəti məlumatlandırır”, - deyə qeyd edilir.
Bu qərarın tarixi bir dönüş nöqtəsi olduğu vurğulanan bəyanatda müstəqilliyini əldə etməsindən 66 il sonra Çadın tam suverenliyini elan etməsi və milli prioritetlərə uyğun olaraq strateji tərəfdaşlıqlarını yenidən müəyyənləşdirməsinin vaxtının gəldiyi vurğulanıb.
Qərarın Fransanın xarici işlər naziri Jan-Noel Barrotun ölkəyə səfərindən və prezident Məhəmməd İdris Debi İtno ilə görüşündən bir gün sonra qəbul edilməsi diqqət çəkib.