Fransa yarımfinala çıxsa... Mbappe xoruzlar ın hədəfini bəyan etdi

09.06.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe "xoruzlar"ın iyunun 11-də start götürəcək dünya çempionatındakı hədəflərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Real Madrid"in forvardının sözlərini  "Actu Foot" belə çatdırıb:

"Hədəfimiz dünya çempionatının qalibi olmaqdır. Başa düşmürəm, yarımfinaldan necə danışmaq olar? Hədəf budursa, yarımfinala yüksələnəndən sonra evə qayıtmalıyıq? Yox! Hədəf çempionluqdur! Bunu hamı arzulayır. Mundiala qatılan bütün komandaların məqsədi qələbədir. Fransa yarımfinala çıxsa, biz hədəfimizə çatdığımızı deməyəcəyik".

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью