Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Fransada Mişel Barnye hökumətinin mövcudluğunu təhlükə altına alan büdcə böhranı həllini ta
Müxalifət büdcənin indiki formada qəbul edilməsinin ancaq möcüzə baş verəcəyi təqdirdə mümkün olacağını desə də, maliyyə naziri Armand bu aç
“Cebheinfo.az”xəbər verir ki, Almaniyadan sonra Fransa da Avropada siyasi böhranla üz-üzədir.
Fransada büdcə ilə bağlı ifrat sağçıların başlatdığı sərt müxalifət hökumətin vəziyyətini təzyiq altında qoyan bir mərhələyə keçib.
Müxalifət tərəfi büdcədə “möcüzə olmalıdır” deyərək prosesi çətinləşdirib. Hakimiyyət geri addım atmamaqda israrlıdır.
Müxalifət pensiyaların büdcədə inflyasiyaya görə indeksləşdirilməsini istəsə də, hökumət buna qarşı çıxır.
Maliyyə naziri Antoni Armand “Şantaja boyun əyməyəcəyik” sözləri ilə bu təklifləri rədd etsə də, müxalifətin bu münasibətə reaksiyası sərt olub.
Fransanın Baş naziri Mişel Barnye hökumətini böhran həddinə çatdıran vəziyyət sağ mərkəzçilərin parlamentdə kifayət qədər çoxluğa malik olmamasıdır.