Fransa Zurabişviliyə qarşı təhdidlərə cavab verdi

28.12.2024

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Gürcüstanın hazırkı prezidenti Salome Zurabişviliyə qarşı həbs hədələri qəbuledilməzdir".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addad "X"sosial şəbəkəsində paylaşımında deyib.
“Gürcü arzusunun prezidenti həbs etməklə hədələməsi qəbuledilməzdir və Avropaya inteqrasiyanın heç bir perspektivi ilə bir araya sığmır. Nümayişçilərə qarşı zorakılıq və hədə-qorxu dayandırılmalıdır”, - o yazıb.
Addad həmçinin vurğulayıb ki, Paris gürcü əhalisinin Avropa və demokratik istəklərini dəstəkləməyə davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью