Fransada 12 şəhərdə komendant saatı uzadıldı

21.10.2026

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransada “Sarı jiletlilər”in zorakılıqla müşayiət olunan etirazlarından sonra Paris və digər şəhərlərdə qismən komendant saatı uzadılıb. Hökumət oktyabrın 24-nə planlaşdırılan nümayişlər zamanı təhlükəsizlik tədbirlərini də gücləndirəcək.

Adalet.az-ın məlumatına görə, Parisin bəzi ərazilərində gecə saatlarında küçədə olmaq və icazəsiz nümayişlər keçirmək qadağası qüvvədə qalacaq.

Lyonun mərkəzində də komendant saatı daha bir gün uzadılıb. Ölkə üzrə bu məhdudiyyətlərin tətbiq olunduğu şəhərlərin sayının 12-yə çatdığı bildirilir.

Baş nazir Sebastyan Lekornu qarşıdakı aksiyalarla bağlı tədbirlərin gücləndiriləcəyini, daxili işlər naziri Loran Nunyes isə polis qüvvələrinin artırılacağını açıqlayıb. Bəzi ərazilərin mühafizəsinə “Sentinelle” antiterror əməliyyatında iştirak edən hərbçilərin cəlb edilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, “Sarı jiletlilər” oktyabrın 17-də yüksək yaşayış xərclərinə və yanacağın qiymətinə qarşı ölkə üzrə etirazlar keçiriblər. Aksiyalar zamanı təxminən 2500 nəfər saxlanılıb, 1000-dən çox polis əməkdaşı, jandarm və yanğınsöndürən yaralanıb. Təxminən 3000 müəssisəyə ziyan dəyib və ya onlar talan edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью