Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Dünən Fransada yaşayış xərclərinin yüksək olmasına qarşı keçirilən "Sarı Jiletlilər" etirazları çərçivəsində 1314 nəfərin saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
Bildirilib ki, ölkə daxilində 289 etiraz aksiyası keçirilib. Etirazlarla əlaqədar 1314 nəfər saxlanılıb, 53 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb və 75 yerdə yanğınlar söndürülüb.
Bəyanatda həmçinin bir çox mağazanın zərər gördüyü, 24-nün isə mağazanın talan edildiyi qeyd edilib.
Həmçinin əlavə edilib ki, etirazlar zamanı baş verən hadisələrlə bağlı çoxsaylı araşdırmalarına başlanılıb və dünənki etirazlarda ölkə üzrə 410 min nəfər iştirak edib.
Ölkənin ən böyük həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyası (ÜƏK) isə bu rəqəmin təxminən 800 min olduğunu bildirib.
İbrahim Cəfərov