Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident: “Fransa narahat, asılı bir nəsil deyil, respublika dəyərlərinə inanan bir gənclik yetişdirmək niyyətindədir"
Fransa Prezidenti Emmanuel Makron 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan olunmasını nəzərdə tutan təşəbbüsü dəstəkləyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Makronun sözlərinə görə, alimlərin tövsiyə etdiyi və Fransa cəmiyyətinin böyük əksəriyyətinin tələb etdiyi bu addım artıq Milli Assambleyada dəstək qazanıb.
“Bu qərar uşaqların psixoloji və zehni sağlamlığının qorunması baxımından mühüm mərhələdir. Uşaqların beyni kommersiya məqsədləri üçün istifadə olunmamalıdır. Onlar nə Amerika platformalarına, nə də Çin sosial şəbəkələrinə “satılmayacaqlar". Uşaqların arzuları alqoritmlər tərəfindən formalaşdırılmamalıdır və Fransa narahat, asılı bir nəsil deyil, respublika dəyərlərinə inanan bir gənclik yetişdirmək niyyətindədir", - deyə qeyd edib.
Prezident həmçinin vurğulanıb ki, Fransa 2018-ci ildən bəri rəqəmsal platformaların tənzimlənməsində qabaqcıl rol oynayır və bu addımla Avropada bu istiqamətdə ilk təşəbbüs göstərən ölkəyə çevrilir.