Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Fransada ümumölkə tətilinin bir hissəsi olaraq təşkil edilən həmkarlar ittifaqı nümayişləri böyük insidentlər olmadan başa çatıb.
Axar.az xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən nümayişlərdə 176 min insan iştirak edib.
Bildirilib ki, etirazlar başlamazdan bir gün əvvəl nazirlik analitikləri 250.000-360.000 iştirakçının iştirak etdiyi nümayişlər barədə xəbərdarlıq etmişdilər.
Paytaxtda və ölkənin əksər digər şəhərlərində etiraz yürüşləri sakit və böyük insidentlər olmadan davam edib. Yalnız Nantda polis və nümayişçilər arasında toqquşmalar baş verdi və hüquq-mühafizə orqanlarının əməkdaşları izdihamı dağıtmaq üçün su şırnağından və gözyaşardıcı qazdan istifadə ediblər.