Fransada 5 noyabr aksiyaları: CGT nümayişçilərin sayının 1,6 milyona çatdığını açıqlayıb

05.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paris, 5 noyabr, AZƏRTAC

Fransanın Ümumi Əmək Konfederasiyası (CGT) noyabrın 5-də həmkarlar ittifaqlarının təşkil etdiyi ümummilli etiraz aksiyalarında ölkə üzrə təxminən 1,6 milyon nəfərin iştirak etdiyini açıqlayıb. Təşkilatın saat 17:45-də yaydığı və BFMTV telekanalının istinad etdiyi məlumata görə, nümayişçilərin 350 mini Parisdə aksiyaya qatılıb.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi isə saat 17:00-a olan ilkin hesablamalarına əsasən, aksiyalarda iştirak edənlərin sayını təxminən 600 min nəfər göstərib. Rəqəmlər arasında ciddi fərq olsa da, hər iki qurumun məlumatları noyabrın 5-də keçirilən aksiyaların payızın əvvəlindən bəri bir gündə qeydə alınan ən böyük etiraz səfərbərliyi olduğunu göstərir.

Parisdə CGT-nin baş katibi Sofi Bine nümayişçilərin sayından məmnunluğunu ifadə edərək, “Tətil son dərəcə effektivdir”, – deyə bildirib. O, hökumətə qarşı mübarizədə həmkarlar ittifaqlarının qətiyyətli mövqeyini vurğulayaraq, “Bizi heç nə dayandıra bilməz”, – söyləyib.

Sofi Bine əməkhaqlarının ümumi artırılmasına çağırıb və minimum əməkhaqqının (SMIC) 10 faiz yüksəldilməsini tələb edib. O, noyabrın 5-də keçirilən aksiyanı uğurlu qiymətləndirərək, tətil hərəkatının effektivliyini bir daha vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью