Fransada 5,7 min nəfər istinin qurbanı olub

24.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu barədə ölkənin Səhiyyə İctimaiyyəti üzrə Dövlət Agentliyinin məlumatlarında qeyd olunub.

“Frans-press” agentliyin məlumatına əsasən, bu il iyunun 17-dən iyulun 2-dək olan dövrdə Fransada isti hava səbəbindən vaxtından əvvəl 5 min 764 nəfər dünyasını dəyişib. Bu göstərici gözlənilən səviyyədən 36 faiz çoxdur. Müqayisə üçün, ötən ilin bütün yay mövsümündə belə hallar üzrə qeydə alınan ölüm sayı 5 min 722 nəfər təşkil edib.

Məlumatda o da qeyd olunur ki, bu, 2003-cü ildən etibarən Fransada qeydə alınan ən yüksək göstəricidir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью