Fransada 636 iş yeri ləğv edilir

24.04.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Paris, 24 aprel, AZƏRTAC

Fransada “ArcelorMittal” polad zavodu yeddi filialında təxminən 636 iş yerini ləğv edəcəyini elan edib.

AZƏRTAC xəbər verir ki, şirkət bu qərarını Avropada poladın rəqabət qabiliyyətinin olmaması və bütün Avropadakı filialların müəyyən dəstək funksiyalarının Hindistana ötürülməsi ilə əlaqələndirərək özünə haqq qazandırıb.

Polad istehsalçısı əmin edir ki, bütün mümkün qısamüddətli uyğunlaşma tədbirlərini həyata keçirib, lakin fəaliyyətini yeni bazar kontekstinə uyğunlaşdırmaq və gələcək rəqabət qabiliyyətini təmin etmək üçün yenidən təşkilatçılıq tədbirləri nəzərdən keçirməlidir.

İş ixtisarlarının yarısı istehsal mövqelərinə, xüsusən polad qablaşdırma üçün soyuq yayma xətlərinə aid olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью