Fransada anomal istilər: 70 000 ə yaxın ev elektriksiz qaldı

24.06.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın şimal-qərbindəki Bretani bölgəsində təxminən 68 000 ev isti havadan qaynaqlanan transformator qəzası səbəbindən elektriksiz qalıb.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Finister departamentinin prefekturası öz "X" hesabında məlumat verib.

"Hazırda elektrik enerjisi kəsintisi davam edir: departamentin cənub-qərbində təxminən 68 000 ev elektriksiz qalıb. Texniki problemlər səbəbindən RTE elektrik şəbəkəsi operatoru bu gün evlərdə elektrik enerjisini bərpa edə bilməyəcək. Elektrik enerjisi 24 iyunda günün sonuna qədər bərpa olunmayacaq", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Fransada iyunun 24-də 58 departamentdə istilik səbəbindən qırmızı təhlükə səviyyəsi, 31 departamentdə isə narıncı (sondan ikinci) təhlükə səviyyəsi qüvvədədir. Anomal istilər səbəbindən təxminən 10 000 təhsil müəssisəsinin fəaliyyəti dayandırılıb və ya cədvəlləri dəyişdirilib, dəmir yolu nəqliyyatının hərəkəti məhdudlaşdırılıb. Ən azı 5 nəfər ölüb, 40 insan su hövzələrində boğulub ki, bu da isti havanın təsiri ilə əlaqələndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью