Fransada anomal istilər tarixi rekordu yenilədi

20.08.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Fransada mövcud olan isti hava dalğası müddətinə görə 1983-cü ilin iyul ayındakı rekordla bərabərləşib və artıq 23 gündür ki, davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin milli meteorologiya xidmətinin mütəxəssislərinə istinadən "Franceinfo" radiosu məlumat yayıb.
2026-cı ildə Fransanın materik hissəsində üç güclü isti hava dalğası qeydə alınıb: iyunda 14 gün, iyulda 16 gün və iyulun sonundan bəri davam edən 23 günlük sonuncu dalğa.
Hazırkı isti hava dalğası müddət baxımından artıq 2003 və 2006-cı illərin qızmar günlərini geridə qoyub. Əgər bu vəziyyət cümə günü, avqustun 21-də də davam edərsə, statistikanın aparılmağa başladığı 1947-ci ildən bəri mütləq rekord qırılacaq.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью